Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ prezidenti Respublikaçılara da hökumətdə yer verəcək

ABŞ prezidenti Respublikaçılara da hökumətdə yer verəcək

Tarix: 16 Dekabr 2020 12:56

ABŞ-ın yeni prezidenti Cozef Bayden komandasını formalaşdırmağa davam edir.

Sonxeber.net unikal.org-a istinadən xəbər verir ki, Co Bayden hökumətdəki nazir postlarından birini Respublikaçılara vermək niyyətindədir. Belə ki, Ticarət Nazirliyinin rəhbərliyinə Respublikaçılar Partiyasının təmsilçisinin təyin olunacağı gözlənilir. Seçilməsi təsdiqlənərkən bütün Amerika xalqının prezidenti olacağını bəyan edən Bayden ona səs verən və səs verməyən vətəndaşlara bərabər münasibət göstərəcəyini bildirib.

Təhlilçilər hesab edir ki, Respublikaçılara hökumətdə yer verməklə, vədinə sadiq qaldığını göstərməyə çalışan Baydenin ona qarşı olanlarla da empatiya quracağı və onların problemlərini Trampdan daha yaxşı başa düşəcəyi haqqında mesaj verir. Hazırda konkret olaraq kimin vəzifəyə təyin olunacağı bilinmir.


Etiketlər:  ABŞ prezidenti Respublikaçılara hökumətdə verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ