Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti Murad Hüseynov ''Beynəlxalq ictimai münasibətlərin maddi-mədəni əsasları'' adlı beynəlxalq videokonfransda iştirak edib

Xalq artisti Murad Hüseynov ''Beynəlxalq ictimai münasibətlərin maddi-mədəni əsasları'' adlı beynəlxalq videokonfransda iştirak edib

Tarix: 16 Dekabr 2020 15:08

Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov "Beynəlxalq ictimai münasibətlərin maddi-mədəni əsasları" adlı beynəlxalq onlayn müzakirədə iştirak edib.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov Avrasiya Xalqları Assambleyası tərəfindən təşkil edilən "Beynəlxalq ictimai münasibətlərin maddi-mədəni əsasları" adlı beynəlxalq onlayn müzakirədə iştirak edib.

Onlayn konfransın tərəfdaşları Rusiyanın UNESCO üzrə Komissiyası, Avrasiya yaradıcılıq gildiyası (London), Beynəlxalq Muğam Mərkəzi, İtaliyanın Verona şəhərindəki Rus Mədəniyyət Mərkəzi və Lixtenşteyn Milli Muzeyidir. Onlayn konfransın məqsədi dünya ictimaiyyətinin diqqətini humanitar təhlükəsizliyə və beynəlxalq mədəni əməkdaşlığın yeni formalarına yönəltməkdir.

Konfransda cəmiyyətlərin mədəni və humanitar təhlükəsizliyi. Müasir dünyanın humanitar problemləri, qlobal təhdidlər qarşısında daim ortaya çıxan və dünya ictimaiyyətini narahat edən məsələlər, beynəlxalq gündəmdə mədəniyyətin formalşmasının təsirləri, cəmiyyətlərin maddi-mənəvi mədəni əlaqələrinin gələcəl sivilizasiyalara təsiri məsəlləri müzakirə edilib. Konfrans Avrasiya Xalqları Assambleyasının Baş katibin birinci müavini Svetlana Smirnovanın moderatorluğu ilə keçirilib.

Qeyd edək ki, ötən il Azərbaycanda keçirilən Avrasiya Xalqları Assambleyası Günləri çərçivəsində sentyabrın 30-da Avrasiya Xalqları Assambleyası və Beynəlxalq Muğam Mərkəzi arasında birgə əməkdaşlıq sazişi imzalanıb. 
Beynəlxalq Muğam Mərkəzi bir sıra xarici ölkələrin qurumları və mədəni təşkilatları ilə beynəlxalq əlaqələrini fəal şəkildə genişləndirir.  Beynəlxalq əlaqələrini genişləndirən BMM artıq bir sıra ölkələrin institut və təşkilatları ilə əlaqələr yaratmağa nail olub. Bu əlaqələr nəticəsində qarşılıqlı əməkdaşlıqla bağlı memorandumlar imzalanıb. BMM muğam və milli musiqimizin təbliği çərçivəsində müxtəlif mədəni tədbirlərin, mühazirələrin və onlayn layihələrin inkişaf planı, hazırda beynəlxalq onlayn konfransların təşkili istiqamətində işlər aparılır.Gələcəkdə Mərkəz tərəfindən keçirilən müxtəlif növ mədəni tədbirlərlə bərabər  onlayn beynəlxalq konfransların təşkili nəzərdə tutulub.


Etiketlər:  Xalq artisti Murad Hüseynov Beynəlxalq ictimai münasibətlərin maddi mədəni əsasları adlı beynəlxalq videokonfransda iştirak edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ