Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər koronavirusla bağlı ən məşhur şayiələri yalanladı

Alimlər koronavirusla bağlı ən məşhur şayiələri yalanladı

Tarix: 16 Dekabr 2020 23:06

Təl-Əviv Universitetinin mütəxəssisləri koronavirusun eşitmə itkisinə səbəb olması barədə şayiələri yalanlayıb.

Sonxeber.net xəbər verir ki, bu barədə araşdırmalar "EurekAlert" portalında yayımlanıb.

"Eşitmə itkisi eşitmə sistemindəki zədələnmədən qaynaqlanır və ya ümumiyyətlə soyuqdəymədə olduğu kimi orta qulağın maye ilə tıxanması nəticəsində ortaya çıxan müvəqqəti simptomdur".

Koronavirusun ilk dalğası zamanı mütəxəssislərin araşdırmaları nəticəsində məlum olmuşdu ki, virusun eşitmə pozğunluğuna heç bir təsiri yoxdur.

Alimlərin çox sayda iştirakçı üzərində apardığı yeni araşdırma bu məlumatı bir daha təsdiqləyib. Mütəxəssislər xəstələrdə eşitmə itkisinin müvəqqəti simptom olduğunu açıqlayıb. (publika.az)


Etiketlər:  Alimlər koronavirusla bağlı məşhur şayiələri yalanladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ