Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbağça'' 1/8 finalda, ''Trabzonspor''dan erkən vida

''Fənərbağça'' 1/8 finalda, ''Trabzonspor''dan erkən vida

Tarix: 17 Dekabr 2020 11:08

Türkiyə kubokunda 1/16 final mərhələsi davam edir.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ötən gün daha 5 oyun keçirilib. "Fənərbağça" öz meydanında 2-ci liqa təmsilçisi "Karacabey Belediyespor"la qarşılaşıb. Görüş İstanbul klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 11-ci dəqiqədə qonaqların futbolçusu Onur Özcan öz qapısından keçirib. Bununla da "Fənərbağça" 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra "Fənərbaxça" ilə yanaşı, "Erzurumspor", "Qaziantepspor", "Alanyaspor" və "Adana Demirspor" növbəti mərhələyə adlayıb. "Trabzonspor" isə 1-ci liqa təmsilçisi "Adana Demirspor"a penaltilərdə uduzaraq ölkə kubokunda mübarizəni dayandırıb.


Etiketlər:  Fənərbağça finalda Trabzonspordan erkən vida


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ