Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 12:30
Bakı. İlhamə İsabalayeva - Trend:
Ümumtəhsil müəssisələrində şagirdlərin birinci yarımilinin nəticələrinin hansı formada qiymətləndirilməsi ilə bağlı qərar layihəsi artıq hazırdır.
Bu, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib.
Nazirlikdən qeyd edilib ki, koronavirus (Covid-19) pandemiyası ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq, 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirmənin təşkili ilə bağlı Təhsil Nazirliyinin Kollegiya qərarının layihəsi hazırlanaraq rəy və təkliflərin verilməsi məqsədilə aidiyyəti struktur bölmələrə və qurumlara təqdim olunub.
Yaxın zamanlarda bununla bağlı ətraflı məlumat veriləcək.