Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 aparıcı müdafiə və aviasiya şirkətinin bazar dəyəri artıb - SİYAHI

10 aparıcı müdafiə və aviasiya şirkətinin bazar dəyəri artıb -  SİYAHI

Tarix: 17 Dekabr 2020 20:52

Bu ilin noyabr ayında beynəlxalq fond bazarlarında dünyanın 10 aparıcı müdafiə və aviasiya şirkətinin səhmləri bahalaşıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkətlərin bazar dəyərinin artması əsasən koronavirus (COVID-19) pandemiyası əleyhinə peyvəndlə bağlı müsbət xəbərlər, ABŞ-dakı prezident seçkiləri ilə bağlı qeyri-müəyyənliyin azalması, qlobal iqtisadiyyatın bərpasına dair nikbinliklə bağlıdır.

Ötən ay səhmləri bahalaşan şirkətlər İtaliyanın Leonardo (48,2 %), ABŞ-ın Boeing (45,9%), Fransanın Airbus (40,2%), Thales (37,9%), ABŞ-ın Raytheon Technologies (32%), Böyük Britaniyanın BAE Systems (27%), ABŞ-ın L3 Harris Technologies (19,2%), General Dynamics (13,7%), Northrop Grumman (4,3%), Lockheed Martin (4,2%) şirkətləridir.

Bununla belə, ilin əvvəli ilə müqayisədə Leonardo 42%, Boeing 35,3%, Airbus 32,8%, Raytheon Technologies 23,9%, "Thales" 16,7%, General Dynamics 15,3%, Northrop Grumman 12,1%, Lockheed Martin 6,3%, L3 Harris Technologies isə 3% dəyərdən düşüb.


Etiketlər:  aparıcı müdafiə aviasiya şirkətinin bazar dəyəri artıb SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ