Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toy və yas mərasimləri gələn yaya qaldı? - AÇIQLAMA

Toy və yas mərasimləri gələn yaya qaldı? - AÇIQLAMA

Tarix: 18 Dekabr 2020 05:30

Tanınmış kardioloq və millət vəkili Rəşad Mahmudov Azərbaycanda yas mərasimləri və toylara nə zaman icazə verilməsinin vaxtını açıqlayıb.

Sonxeber.net xəbər verir ki, bu barədə "ölkə.az"a açıqlama verən millət vəkili Rəşad Mahmudov bildirib ki, hazırda əsas məsələ xəstə sayının minimuma endirilməsidir.

"Hazırda cəmiyyəti narahat edən məsələlərdən biri də toy və yas mərasimlərinin keçirilməsi ilə bağlıdır. İndiki şəraitdə, xüsusən də qış aylarında havaların soyuq keçdiyi bir zamanda və indiki durumda  toy və yas mərasimlərinin keçirilməsinə qətiyyən yol vermək olmaz. Amma havalar qızdıqca, yaz aylarında bizim üçün müəyyən imkanlar yaranacaq. Ümid edirəm ki, o vaxtadək də xəstəliyə yoluxanlaırn sayı minimuma enəcək və ondan sonra bu məsələlərə baxmaq olar. Virusa yoluxma minimuma düşdükdən sonra tədricən toy və yas mərasimlərinin keçirilməsinə baxıla bilər", - deyə Rəşad Mahmudov bildirib.

Bir insanın ikinci dəfə virusa yoluxma halı ilə bağlı məsələyə aydınlıq gətirən R.Mahmudov deyib ki, istər koronavirusa yoluxan olsun, istərsə də peyvənd olunan  şəxsin ikinci dəfə yoluxma ehtimalı var: "Çünki peyvənd tam qoruyucu deyil. Digər tərəfdən qripal xəstəliklər zamanı da insan ildə iki dəfə qripə yoluxa bilər. Düzdür, bu ehtimal azdır, amma mümkündür. Amma ikinci dəfə yoluxan şəxs xəstəliyi birinci dəfədəkindən yüngül keçirir".


Etiketlər:  mərasimləri gələn yaya qaldı AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ