Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Evdə üç top buraxmaq bizi məyus edir" - Ağabala Ramazanov

Tarix: 12 Iyul 2019 00:04

"Səbail"in futbolçusu Ağabala Ramazanov Avropa Liqasının 1-ci təsnifat mərhələsində evdə "Universitetya Karayova"ya 2:3 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərin suallarını cavanlandırıb. Qol.az-ın məlumatına görə, komandasının hər iki qolunun müəllifi olan 26 yaşlı hücumçu əvvəlcə oyun haqda danışıb.

- Vurduğum qollara görə sevinirəm. Hesaba gəldikdə isə sizin kimi mən də üzülürəm. Çünki evdə 3 top buraxmaq bizi məyus edir. Bilirik ki, səfərdə bu cür rəqiblə çox çətin olacaq. Amma cavab oyununa daha ciddi hazırlaşacağıq.

- Fikirləşmirsən ki, hamı sənin kimi mübarizə aparsaydı, hesab başqa cür olardı?  Bu görüşdə mübarizə aparmayan oyunçular var idi. Qorxudan idi, istəksizlikdən, ya rəqibdən idi?

- Bu, məşqçiyə aiddir. Mənim xarakterimi bilirsiniz. Çalışıram ki,  hər qarşılaşmada mübarizə aparım.

- Bu məğlubiyyətdən sonra şanslar hansı səviyyədədir? Mərhələni keçmək real görünürmü?

- Bir-birimizi aldatmayaq. Rəqibimiz çox güclüdür. Büdcə tərəfdən belə baxsaq, görərik ki, bizdən 5-6 qat üstündürlər. Çalışacağıq ki, ən azından yaxşı mübarizə aparaq, nəticə qazanaq.

 


Etiketlər:  Evdə üç top buraxmaq bizi məyus edir Ağabala Ramazanov


RƏYLƏR