Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 17:46
BMT 18 dekabr Beynəlxalq Qaçqınlar Günü ilə bağlı yeni məlumatlar dərc edib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, dünyada hər 28 nəfərdən biri qaçqındır. Qaçqın dalğasının əsas səbəbinin silahlı münaqişələr olduğu vurğulanıb.
Hazırda dünyada 272 milyondan çox qaçqın var. 2000-ci ildə dünyada 173 milyon qaçqın olsa da, son 20 ildə bu rəqəm 100 milyona yaxın artıb. Qaçqınların 14 faizi uşaqdır. Ən çox qaçqın Hindistan, Meksika və Çində yaşayır.