Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PUA ilə düşmənin başına od yağdıran igidimiz Şəhid Ağasadıq - VİDEO

PUA ilə düşmənin başına od yağdıran igidimiz Şəhid Ağasadıq - VİDEO

Tarix: 19 Dekabr 2020 11:50

Vətən müharibəsində böyük şücaət göstərən hərbçilərimizdən biri də Ağasadıq Aslanov olub.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Ağasadıq Aslanovun həyat yolu 1991-ci ildə Neftçalanın Kürqarabucaq kəndində başlayıb. Gələcəyin qəhrəmanı öz gələcək yolunu da özü seçib.

Atası deyir ki, hərbçi olmaq oğlunun ən ümdə arzusu idi. Elə hərbi xidmət zamanı göstərdiyi cəsarət və fəallıq komandirlərin gözündən yayınmayıb və pilotsuz aparatların idarə edilməsi kursuna qəbul edilib...

Hər şey yaxşı gedirdi qəhrəmanımız üçün. Axı vətənə faydalı olmaq arzusuna çatmışdı. Təlim zamanı yiyələndiyi bilikləri döyüşdə bacarıqla tədbiq edərək düşmən istehkamlarını dəqiq hədəf almaqla göz qırpımında məhv edirdi. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda izini qoyub Ağasadıq. 42 gün durmadan cəsarətlə döyüşüb. İgidimiz Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub. Həm də müharibənin bitməsinə bircə gün qalmış...

Onun əziz xatirəsinə ehtiramını göstərmək üçün neftçalalılar yollarını Aslanovlar ailəsinin evindən salırlar. Birgə xatırlayırlar onu, həm də xatırladırlar Ağasadığın xəyallarının necə həyata keçməsini, torpaqlarımızın bizə qovuşmasını, ruhunun şad olmasını. Unutmurlar, çünki Vətən, torpaq uğrunda canını fəda edənlər unudulmaz! Pilotsuz uçan aparatlarla düşmənə qan udduran gizirimizinVətən müharibəsində göstərdiyi rəşadət və qəhrəmanlığa görə "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilməsi də buna bariz sübutdur.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir


Etiketlər:  ilə düşmənin başına yağdıran igidimiz Şəhid Ağasadıq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ