Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya çempionu Qətər klubu ilə anlaşdı

Dünya çempionu Qətər klubu ilə anlaşdı

Tarix: 19 Dekabr 2020 11:56

Fransa yığmasının və PSJ klubunun sabiq baş məşqçisi Loran Blanın işsiz günləri başa çatıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, 55 yaşlı mütəxəssis bundan sonra Qətərdə fəaliyyət göstərəcək.

Fransa mətbuatının iddiasına görə, Blan "Əl-Rayan" klubu ilə anlaşıb. Tezliklə təqdimatı olacaq fransalının köməkçilərindən biri isə "Monako" və "Marsel"də çıxış etmiş Frank Passi olacaq.

Qeyd edək ki, Loran Blan son komandası olan PSJ-dən 2016-cı ildə ayrılıb. O, bir dəfə "Bordo", üç dəfə isə PSJ ilə Fransa çempionu olub. Blan futbolçu karyerası ərzində isə dünya (1998) və Avropa çempionu (2000) tituluna sahib çıxıb.


Etiketlər:  Dünya çempionu Qətər klubu ilə anlaşdı


RƏYLƏR