Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 13:56
"Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenni ölkəsi ABŞ-da 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, azarkeşlərlə aparılan sorğunun nəticəsində 44 faiz səs toplayan 22 yaşlı oyunçu hamını qabaqlayıb.
İkinci yeri "Çelsi"nin yarımmüdafiəçisi Kristian Pulişiç (27 faiz), üçüncü yeri isə "Barselona"nın müdafiəçisi Serjinyo Dest (14 faiz) tutub. 2019-cu ildə bu titula Pulişiç layiq görülmüşdü.
Qeyd edək ki, müqavilə ilə "Şalke"yə məxsus olan Ueston Makkenni "Yuventus"da icarə əsasında çıxış edir.