Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 14:06
Almaniya Bundesliqasının XIII turunda "Union"un qonağı olan Dortmund "Borussiya"sı 1:2 hesabı ilə məğlub olub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, qonaq komanda uduzsa da, hücumçusu Yussufa Mukoko üçün görüş əlamətdar olub.
Start heyətində meydana daxil olan və sona qədər əvəzlənməyən Kamerun əsilli forvard dortmundluların təsəlli qoluna imza ataraq, tarixə düşüb. Çünki 16 yaşlı Mukoko Bundesliqa tarixində fərqlənən ən gənc futbolçu ünvanına yiyələnib.
Qeyd edək ki, bu nəticədən sonra "Borussiya" aktivində 22 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.