Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gorus-Qafan yolunun Eyvazlıdan keçən hissəsində Azərbaycan hərbçiləri - FOTO

Gorus-Qafan yolunun Eyvazlıdan keçən hissəsində Azərbaycan hərbçiləri - FOTO

Tarix: 20 Dekabr 2020 15:18

Ermənistan parlamentinin müxalif "Firəvan Ermənistan" fraksiyasından deputatı Naira Zöhrabyan özünün Facebook səhifəsində Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsindən videokadrlar paylaşıb. Kadrlara əsasən yolda Azərbaycan hərbçiləri dayanıb.

"Suveren Ermənistan respublikası. Sünik. Vorotan kəndinin yaxınlığı. Birbaşa indi. Azərbaycan əsgərləri",-Zöhrabyan yazıb.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu kadrlar isə əslində "suveren Ermənistanın" deyil, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində, Qubadlı rayonunun Ermənistanla bilavasitə sərhəddə yerləşən Eyvazlı kəndinin yaxınlığında çəkilib. Kənd Bərgüşad çayının sahilində yerləşir və 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. Lakin indi Zəngəzur istiqamətində Ermənistanla sərhədlərin demarkasiyasının nəticəsi olaraq Eyvazlı kəndi işğaldan azad edilib və Azərbaycanın nəzarətinə keçib.

Məsələ bundadır ki, işğal illərində özünü  bu torpaqların həmişəlik  sahibi hesab edən Ermənistan Gorus-Qafan yolunun Vorotan kəndinə gedən hissəsini Azərbaycan ərazisindən, Eyvazlı istiqamətindən keçirib. Və indi həmin yol də Azərbaycanın nəzarətinə keçmiş olur. Həmin istiqamətdə sərhədlərin demarkasiyasının nəticəsi olaraq Gorus-Qafan yolunun Zəngəzurun daha bir neçə kəndini əhatə edən sahəsi Azərbaycan ərazilərində qalır. Və əldə edilmiş razılaşmaya əsasən yolun bu problemli hissəsinə Azərbaycan ordusu, Rusiya sərhədçiləri və Ermənistan ordusu nəzarət edəcək.


Etiketlər:  Gorus Qafan yolunun Eyvazlıdan keçən hissəsində Azərbaycan hərbçiləri FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ