Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarnınız üstə uzanın - Korona xəstələrinə tövsiyə

Qarnınız üstə uzanın - Korona xəstələrinə tövsiyə

Tarix: 20 Dekabr 2020 22:00

Moskva klinik xəstəxanasının infeksionisti korona xəstələrinin vəziyyətini yüngülləşdirəcək tövsiyələr verib.

Sonxeber.net xəbər verir ki, evdə müalicə alanlar pnevmoniya oldu-olmadı koronavirus təsdiqlənibsə, gün ərzində bol, 3 litrə qədər vitaminləşdirilmiş mayelər içməli və tez-tez qarnı üzərində, qolları yuxarı uzanmalıdır. Bu, ağciyərlərin işini yaxşılaşdırır, qanın oksigenlə dolmasını təmin edir.

"Koronavirus xəstələri mütləq evdə yataq şəraitində olmalıdır. Bu zaman həkimin yazdığı dərmanları ciddi rejimdə qəbul etməli, hər yarım saatdan bir 200 ml isti su, ilıq su və ya vitaminləşdirilmiş su içməli, C vitamini ilə zəngin meyvə yeməlidir.

Xəstə kürəyi üstə uzandıqda, ağciyərlərin hava tutumu azalır. Ona görə dincələrkən də qarının və dizlərin altına yumşaq yastıq qoyaraq, qarnı üzrə uzanmaq lazımdır. Bu vəziyyət müalicəvidir. Bu zaman qanda oksigen və saturasiya 1-2 dərəcə artır". /medicina.az


Etiketlər:  Qarnınız üstə uzanın Korona xəstələrinə tövsiyə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ