Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 04:32
Vergiödəyicilərini maraqlandıran məsələlərdən biri də "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz"lə bağlıdır.
Sonxeber.net xəbər verir ki, mövzuya aydınlıq gətirən iqtisadçı ekspert Anar Bayramov vergiödəyicisinin vəzifələrindən birinin də Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz"i almaqla həyata keçirmək olduğunu bildirib: "Bəzi vergiödəyicilərinin bu məsələ ilə bağlı fərqli yanaşmaları var. Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq, bəzi fəaliyyət növləri ilə və muzdlu işçi cəlb etmədən fərdi məşğul olan şəxslər (dərzi, ofisiant, çəkməçi, bərbər və sair) "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" almaqla fəaliyyət göstərməlidir".
Ekspertin sözlərinə görə, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan fərdi sahibkar "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" almadan fəaliyyət göstərir və dövri olaraq sadələşdirilmiş vergisini bəyan edir.
O qeyd edib ki, həmin fərdi sahibkarın qəbz almadan fəaliyyət göstərməsi vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, Vergi Məcəlləsinin 58.12-ci maddəsinə əsasən, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergiödəyicisinə maliyyə sanksiyası hesablanır.