Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 10:58
İtaliyanın "Atalanta" klubunun heyətinə qatacağı futbolçulardan biri bəlli olub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Belçika "Genk"inin müdaifəçisi Yoakim Mehle karyerasını Berqamo təmsilçisində davam etdirəcək.
23 yaşlı danimarkalının keçidi barədə razılıq əldə olunub. Onun transferi 8 milyon avroya gerçəkləşəcək. "Genk"in keçiddən qazancı bonuslar hesabına daha çox da ola bilər.
Mehlenin transferi yanvarda baş tutacaq. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər olacaq.
Qeyd edək ki, Yoakim cari mövsüm Belçika çempionatında 16 oyuna 1 qol vurub.