Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Özümü Messi və Ronaldu ilə bir masada təsəvvür edə bilmirəm" - Levandovski

Tarix: 22 Dekabr 2020 09:40

"Bavariya"nın futbolçusu Robert Levandovski "Barselona"nın kapitanı Lionel Messi və "Yuventus"un hücumçusu Kriştianu Ronaldu haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, sözügedən oyunçuların çoxdan zirvədə olduqlarının və tayı-bərabərləri olmadıqlarını deyib: "Messi ilə Ronaldunun tayı-bərabəri yoxdur. Çox uzun müddət zirvədə idilər. Ancaq bu il və keçən mövsümdəki statistikama baxsanız, onlardan çox qol vurmuşam. Özümü hələ Messi və Ronaldu ilə bir masada təsəvvür edə bilmirəm. Ancaq onları masamdakı yeməyə dəvət edə bilərdim".

Qeyd edək ki, Levandovski  FİFA tərəfindən bu ilin ən yaxşı futbolçusuna verilən  "The Best" mükafatına layiq görülüb.

Milli.Az


Etiketlər:  Özümü Messi Ronaldu ilə bir masada təsəvvür edə bilmirəm Levandovski


RƏYLƏR