Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 11:52
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 21-də 50,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,89 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 50,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,89 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 48,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,81 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 50,07 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,9 dollar/barel azdır.