Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 17:50
"Qarabağ"ın futbolçusu Donald Gerye Haitidə xeyriyyə matçı təşkil edəcək.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin dostlarının oynayacağı bu qarşılaşmadan toplanan vəsait, Haitinin əsas xəstəxanasına kömək üçün ayrılacaq. "Geryenin dostları" ilə "Ölkənin ulduzları" arasındakı oyun Port-au-Prince-də dekabrın 27-də keçiriləcək.
Gerye bu matçı təşkil etməyinə nəyin təkan verdiyi ilə bağlı da danışıb. Bildirib ki, bunun səbəbi bəzi insanların dərman və peyvənd almağa imkanlarının olmamasıdır: "Bu insanlara kömək etmək üçün pul toplamağa görə belə bir matç təşkil etməyə qərar verdik. Yardım toplamaq üçün radio və televiziyanı matça dəvət edəcəyik. Biz 5 və ya 10 adama kömək etməyəcəyik, əksinə köməyə ehtiyacı olanların sayı çoxdur. Daha sonra bunu hər kəsə göstərmək üçün onlarla şəkil çəkdirəcəyik".
O, bu kimi tədbirlərdən gələn pulların təşkilatçılar tərəfindən mənimsənildiyi ilə bağlı ittihamlara münasibət bildirib: "Yalnız bir-birinə etibar etməyən insanlar bu barədə danışırlar. Özləri etibarsızdırlar və hamının eyni olduğuna inanırlar. Sosial mediada bu kimi şərhlərə cavab vermirəm".