Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətanətdən ailə açıqlaması: ''Boşanıb uşaqları bədbəxt edirlər''

Mətanətdən ailə açıqlaması: ''Boşanıb uşaqları bədbəxt edirlər''

Tarix: 22 Dekabr 2020 18:05

İndiki zamanın bəlasıdır: nə qədər ayrılan və boşananlar var. Bu bir fəlakətdir. Övladlar olanda daha bəlalıdır. Biri var uşaq olmaya, onda problem deyil. Ona görə də ana gərək övladı varsa, dözməli, özünü fəda verməlidir. Ana hər şeyi qurban verməlidir. Gətirməyəydin o uşağı dünyaya. Əgər fikirləşirsən ki, ana olacaqsan, hər şeyi gözə almalısan. Biri var gənc olursan... Hər zaman deyirəm, analar, qızlarınızı tez ərə verməyin. Bir də var 30-40 yaşda ana özünü fikirləşir. Bəs, uşaqlar? Axı onlar travma alırlar. O cür uşaqlar sağlam ola bilməz, psixoloji zərbə alırlar.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Birə-bir" proqramında deyib. Sənətçi boşanmalardan danışıb. İsgəndərli bildirib ki, övladı olan qadın boşanmamalıdır:

"Sənətə uşaqlıqdan gəlmişəm. Ailə quranda oxumağı atdım. İki uşaq dünyaya gətirdim, balalarımı böyütdüm. Sonra həyat yoldaşım və qayınanamın icazəsi ilə oxudum. Onlar mənə dayaq oldular. Əsas niyyətdir. Niyyətim olmayıb ki, gedəcəm ailəmi dağıdacam. Heç kimin bədbəxtliyi üstündə, hallalıq almasan, ailəni dağıdıb bu yolu seçməməlisən. Amma çoxu indi deyir ailəmi dağıdacam, uşaqlarımı bədbəxt edib sənətə gələcəm, iş quracam. Ərin halallıq verməsə, sonun fəlakətdir".

Qeyd edək ki, M.İsgəndərli bir müddət əvvəl oğlu Kərimin ayrılma xəbəri ilə gündəmə gəlib. Gəlini Canana hazırda tək yaşadığını, ərinin ona baxmadığını söyləyib.


Etiketlər:  Mətanətdən ailə açıqlaması Boşanıb uşaqları bədbəxt edirlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ