Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üçtərəfli Komissiya BƏT-in daha bir Konvensiyasının ratifikasiyası imkanlarını və yeni qanunvericilik layihələrini müzakirə edib

Üçtərəfli Komissiya BƏT-in daha bir Konvensiyasının ratifikasiyası imkanlarını və yeni qanunvericilik layihələrini müzakirə edib

Tarix: 22 Dekabr 2020 18:30

Bakı. İlhamə İsabalayeva - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, Əmək və əhalinin sosial müdafiəsi naziri, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə sosial sahədə aparılan geniş miqyaslı islahatların əsas hədəfi vətəndaş rifahının təminatı, əmək, məşğulluq, sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Aparılan islahatlarla bağlı olaraq normativ hüquqi baza daim təkmilləşdirilir.
S.Babayev bildirib ki, ümumilikdə əmək və sosial sahədə islahat tədbirləri, əmək bazarı proqramları, əmək, məşğulluq, sosial müdafiə sahələrində hazırlanan yeni qanunvericilik layihələri mütəmadi olaraq Üçtərəfli Komissiyanın iclaslarında müzakirə edilir, sosial dialoq müstəvisində sosial tərəfdaşların rəy və təklifləri öyrənilir.

Nazir qeyd edib ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə fəal, səmərəli əməkdaşlıq təcrübəsinə malikdir. Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatların beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin növbəti təzahürü kimi, son illərdə Azərbaycan BƏT-in Rəhbər Orqanına üzv də seçilib. Ötən dövrdə BƏT-in 58 Konvensiyasına qoşulan ölkəmizdə əmək qanunvericiliyi həmin konvensiyalara uyğun şəkildə təkmilləşdirilib. Hazırkı iclasın gündəliyində də BƏT-in daha bir Konvensiyasının ratifikasiyası imkanlarının müzakirə edilməsi var.

Bir çox layihələrin daha təkmil şəkildə hazırlanmasında ötən dövrdə Komissiyada aparılmış müzakirələrin önəmini qeyd edən S.Babayev hazırkı iclasda bir sıra yeni qanunvericilik layihələrinin sosial tərəfdaşlarla birgə müzakirəsinin nəzərdə tutulduğunu bildirib.

Komissiya “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanun layihəsini müzakirə edib. Həmçinin dövlət qulluğunda rotasiyanın tətbiqi mexanizmləri və s. barədə layihələr, BƏT-in “Sahibkarların ödəmə qabiliyyəti olmadığı halda zəhmətkeşlərin tələblərinin müdafiəsi haqqında” 173 nömrəli Konvensiyasının ratifikasiyası imkanları müzakirə edilib.


Etiketlər:  Üçtərəfli Komissiya BƏT daha Konvensiyasının ratifikasiyası imkanlarını yeni qanunvericilik layihələrini müzakirə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ