Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amazon öz taksisini təqdim etdi

Amazon öz taksisini təqdim etdi

Tarix: 22 Dekabr 2020 19:52

Amazon şirkətinin avtonom nəqliyyat startapı olan Zoox şəhərdaxili daşınmalarda gün ərzində 16 saat hərəkət edə biləcək robotaksisini ictimaiyyətə təqdim edib. Ancaq magistral yollara nə zaman çıxarılacağı isə açıqlanmayıb. Bununla yanaşı, Amazon şirkətinin sözügedən taksidən çatdırılma xidməti üçün istifadə edib etməyəcəyi ilə bağlı da məlumat verilməyib.

Zoox startapı tərəfindən hazırlanan bu taksinin dizaynı digər avtonom avtomobillərdən fərqlənir. Sürücüsüz olacağı üçün avtomobil sükan və pedallarla təchiz edilməyib. Dörd nəfər üçün nəzərdə tutulan nəqliyyat vasitəsinin sərnişin oturacaqları üzbəüz yerləşdirilib. Həmçinin avtomobil əksər elektromobillərdə olduğundan iki dəfə böyük həcmli (133 kilovatt-saat) batareyaya sahibdir.

Qeyd edək ki, Zoox sözügedən robotaksini satmağı deyil, əvəzində nəqliyyat sifarişi xidməti təklif etməyi planlaşdırır.

Avtomobil hazırda özəl yollarda sınaqdan keçirilir, ancaq harada olduğu bilinmir. Nəqliyyat vasitəsinin əyləci və pedalları olmadığı üçün sınaq sürüşü həyata keçirmək nisbətən çətindir.


Etiketlər:  Amazon taksisini təqdim etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ