Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 08:52
"Sərt karantin müddətində "Sədərək" Ticarət Mərkəzi fəaliyyət göstərmədiyi üçün sahibkarlardan yer pulu alınmayacaq".
Sonxeber.net bildirir ki, bunu redaktor.az-a açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin Mətbuat katibi Kəmaləddin Qədim deyib. O, karantin müddətində sahibkarlardan yer pulunun alınması məsələsinə aydınlıq gətirib:
"Bundan əvvəlki karantin rejimində olduğu kimi, "Sədərək"də fəaliyyət göstərən mağazalar karantin müddətində fəaliyyət göstərmədiyi üçün onlardan yer pulu alınmayacaq".
Qeyd edək ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.