Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 12:16
Futbol üzrə Almaniya kubokunda 1/16 final mərhələsinə start verilib.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.
Münhenqladbax və Dortmund "Borussiya"ları səfərdə qazandıqları inamlı qələbə sayəsində növbəti mərhələyə yüksəliblər. İlk oyun günündə "Darmştadt", "Leyptsiq", "Köln", "Qroyter" və "Şalke" də 1/8 finala yüksəlib.
İkinci oyun günündə daha altı vəsiqənin sahibi müəyyənləşəcək. Bu mərhələnin iki oyunu isə gələn ilin yanvarında keçiriləcək.
Almaniya kuboku
1/16 final
22 dekabr
Elversberq - Borussiya (Münhenqladbax) 0:5
Dinamo (Drezden) - Darmştadt 0:3
Braunşveyq - Borussiya (Dortmund) 0:2
Auqsburq - Leyptsiq - 0:3
Köln - Osnabryuk 1:0
Hoffenhaym - Qroyter 2:2 (penaltilər 6:7)
Ulm - Şalke 1:3
Union Berlin - Paderborn 2:3