Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 12:30
Bəzi ərazilərdə məskunlaşmış məcburi köçkünlərin qaz təchizatı dayandırılacaq.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, 8772 məcburi köçkün ailəsi üzrə dövlət tərəfindən ayrılmış limitdən artıq istifadə edilidyindən külli miqdarda borc yaranıb.
Hazırda kompakt sayğaclar vasitəsilə təbii qazla təmin olunmuş 7 189 ailə üzrə 8 151 924 manat borc yığılıb. Bununla yanaşı fərdi mənzillərə köçürülmüş 1 465 ailə üzrə 1 273 635 manat, fərdi sayğaclarla təmin olunmuş 118 ailənin kollektiv sayğac dövründə isə 135 210 manat borc yığılıb.
Eyni zamanda, fərdi hesablardan əlavə yataqxanalarda və ya məcburi köçkünlər üçün salınmış qəsəbələrdə inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi səbəbindən 10 obyekt üzrə 1 164 708,86 manat borc yaranıb.
"Azəriqaz" İstehsalat Birliyindən bildirilir ki, təbii qazla təmin olunan müəssisələrdə yaranmış borcların qanuna müvafiq şəkildə ödənilməməsi Birliyin maliyyə dayanıqlığını sarsıdır və iqtisadi göstəricilərinə mənfi təsir edir. Nazirlər Kabinetinin qərarının tələblərinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş təbii qazın dəyəri qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcısına vaxtında ödənilməlidir.
Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik: