Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 15:46
"Atletiko"nun futbolçusu Dieqo Kosta Madrid klubundan ayrılmaq fikrindədir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu müqaviləsini yeniləmək istəmir.
Onun yanvar ayında komandadan ayrılacağı bildirilib. Futbolçunun paytaxt təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.
Qeyd edək ki, Kosta zədə səbəbindən bu mövsüm cəmi 7 oyuna çıxıb və 2 qol vurub.