Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 15:56
Özbəkistanın "Paxtakor" klubu baş məşqçisi Şota Arveladze ilə yollarını ayırıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, gürcüstanlı mütəxəssis bununla bağlı İnstaqram hesabında paylaşım edib.
47 yaşlı məşqçinin başa çatan müqaviləsi qarşılıqlı razılaşma əsasında yenilənməyib.
Qeyd edək ki, daha əvvəl Niderlandda "AZ Alkmar", Türkiyədə "Kayserispor", "Kasımpaşa" və "Trabzonspor"da çalışan Arveladze 2017-ci ildən "Paxtakor"da işləyirdi. Onun komandası 2019 və 2020 mövsümündə Özbəkistan Superliqasının qalibi olub.