Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mutant koronavirus peyvəndə daha az həssasdır - ARAŞDIRMA

Mutant koronavirus peyvəndə daha az həssasdır - ARAŞDIRMA

Tarix: 23 Dekabr 2020 22:03

Danimarkanın Yoluxucu Xəstəliklərlə Mübarizə İnstitutunun mütəxəssisləri müəyyənləşdirib ki, ölkədə mutasiya olunmuş N439K virusunu daşıyanlar peyvəndin təsirinə daha az həssasdır.

Milli.Az xəbər verir ki, peyvəndin təsirinin azaldığı iddia olunsa da, ölümcül hadisə qeydə alınmayıb.

"Biz peyvəndin N439K-ya nə qədər təsirli olacağından narahatıq. Buna görə də bu variantın yayılmasını izləməliyik", - İnstitutun nümayəndəsi Tira Qrove Krauze bildirib.

Lakin hansı peyvənddən söhbət getdiyi dəqiqləşdirilməyib. Mutasiya olunmuş N439K virusu payızda 1624 sakindən alınan nümunələrdə aşkar edilib. Bunların hamısı əsasən Kopenhagen və Cənubi Yutlandiya ətrafındakı bölgələrə aiddir. Eyni zamanda bu cür yoluxmuş insanlar arasında ölüm faktı qeydə alınmayıb. Bundan əlavə, koronavirusun bu mutasiyasının əvvəllər samurlarda tapılan və İngiltərəyə yayılan yeni versiya ilə əlaqəli olmadığı bildirilib. (publika.az)

Milli.Az


Etiketlər:  Mutant koronavirus peyvəndə daha həssasdır ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ