Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 18:24
PSJ baş məşqçisi Tomas Tuheli istefaya göndərib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Ötən gün paytaxt klubununun idman direktoru Leonardonun qərarı ilə 47 yaşlı mütəxəssisin vəzifəsindən kənarlaşdırıldığı bildirilib.
Almaniyalı mütəxəssisin Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatmalı idi.
Qeyd edək ki, PSJ Liqa 1-in turnir cədvəlində 35 xalla 3-cü pillədə qərarlaşıb.