Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nümayəndələr Palatası Trampın tələbini rədd etdi

Nümayəndələr Palatası Trampın tələbini rədd etdi

Tarix: 25 Dekabr 2020 15:10

ABŞ Nümayəndələr Palatası Donald Trampın tələblərini rədd edib.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, Tramp hökumət xərcləri və pandemiyaya görə yardımlardan ibarət 2.3 trilyon dollarlıq paketdə dəyişikliklər edilməsi ilə bağlı təklif irəli sürüb.

Donald Tramp adambaşı yardımın 600 ABŞ dollarından 2 000 dollara çatdırılmasını tələb edib. Nümayəndələr Palatasındakı Demokrat üzvlər isə bildirib ki, Tramp səlahiyyət müddətinin bitməsinə az qalmış populizmə əl ataraq insanların yaddaşında yaxşı qalmağa çalışır. Təklifi iqtisadi baxımdan real saymayan Demokratlar tələbi rədd ediblər.

Donald Tramp isə indiki mətni ilə paketə veto qoyacağını bildirib. Anlaşmazlıq davam edir.


Etiketlər:  Nümayəndələr Palatası Trampın tələbini rədd etdi


RƏYLƏR