Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail startapı elektromobillərin istehsalında yeni yanaşma təklif edib (VİDEO)

İsrail startapı elektromobillərin istehsalında yeni yanaşma təklif edib (VİDEO)

Tarix: 13 Iyul 2019 09:52

İsrailin "REE" startapı elektromobillərin istehsalında yeni yanaşma təklif edib. Onun mahiyyəti adətən kopotun altında yerləşən bütün əsas komponentlərin təkər daxilində quraşdırılmasından ibarətdir. Bu, istehsalçılar üçün yeni imkanlar açacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, "REE" şirkətinin baş direktoru Daniel Barel bildirib: "İndiyədək sahə nəqliyyat vasitələrinin ənənəvi dizaynının tədricən təkmilləşdirilməsi prinsipi üzrə fəaliyyət göstərib. Biz hesab edirik ki, avtomobil inqilabının sürətləndirilməsi üçün, sözün hərfi mənasında, təkəri yenidən icad etmək lazımdır".
 
Məlumata görə, "REE" şirkəti Kaliforniyada "TechCrunch Mobility 2019" tədbirində mebel avtomobil platformasını nümayiş etdirib. O, özündə bütün vacib elementləri birləşdirən dördtəkərli kiçik platformadır.
 
Startapın ideyası ondan ibarətdir ki, avtomobil istehsalçıları hazır platformadan istifadə etməklə istənilən tip elektromobil yarada bilsinlər. Bu, yeni modellərin buraxılış prosesini sadələşdirməyə və ucuzlaşdırmağa imkan verəcək.
 
"Avtomobil istehsalçıları daha çox platformanın hazırlanması və yoxlanılmasına pul xərcləyirlər. Buna milyardlarla dollar və uzun illər sərf olunur. Biz isə bir hazır variantdan istifadəni təklif edirik", – şirkətin baş direktoru vurğulayıb.
 
Yeni texnologiyanın kütləvi istehsalına nə vaxt başlanılacağı, eləcə də platformanın texniki xüsusiyyətləri barədə məlumat verilmir.
 
Nizam Nuriyev




Etiketlər:  İsrail startapı elektromobillərin istehsalında yeni yanaşma təklif edib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ