Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 08:48
Cənubi Afrika Respublikası (CAR) - Zimbabve sərhədindəki keçid mətəqəsində yaranan uzun sürən növbələrdə azı 15 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə iki ölkə arasındakı əsas sayılan "Beitbridge" keçid məntəqəsində baş verib.
Səhiyyə və Daxili İşlər nazirlikləri kütləvi ölüm faktını təsdiqləyib. Bildirilib ki, ölümə səbəb keçid məntəqəsindəki şəraitsizlikdir: "Məntəqədə insanlar saatlarla, bəzən günlərlə növbəyə dayanır və bunun üçün münasib şərait, tələblərə cavab verən yerlər yaradılmayıb".
Qeyd edilib ki, ilin bu fəslində miqrantların Zimbabveyə kütləvi qayıdışı səbəbindən növbələr ensiz yolda kilometrlərlə uzanır.
BMT-nin məlumatına görə, CAR təqribən 1,5 milyon zimbabveli miqranta evsahibliyi edir. Hazırda bu ölkədə koronavirusun ikinci dalğası yaşanır.