Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin rəqibi 3-cü liqa klubu ilə oynayacaq

Millimizin rəqibi 3-cü liqa klubu ilə oynayacaq

Tarix: 25 Aprel 2019 17:00

Millimizin "AÇ-2020"nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya seçməsi yoldaşlıq oyunu keçirəcək.

Qol.az-ın Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, son dünya çempionatının finalçısı 3-cü liqada çıxış edən yerli "Omiş" klubu ilə qarşılaşacaq. Omiş şəhərinin eyniadlı komandasının 100 illik yubileyi münasibətilə təşkil olunacaq görüş mayın 31-də keçiriləcək. Bu, xorvatlar üçün həm də iyunun 8-də seçmə mərhələdə Uelsla oynanılacaq oyun üçün hazırlıq xarakteri daşıyacaq.

Qeyd edək ki, mayın 29-da Splitdə bir araya gələcək Xorvatiya millisi Uelslə oyundan 3 gün sonra Tunis yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

 


Etiketlər:  Millimizin rəqibi liqa klubu ilə oynayacaq


RƏYLƏR