Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2020 18:32
Bu gün İspaniyada COVID-19-a qarşı peyvəndlərin vurulmasına başlanılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, peyvəndin vurulması dövlət televiziyası TVE tərəfindən canlı yayımlanıb. İlk peyvənd qocalar evinin 96 yaşlı sakininə vurulub.
Peyvənd vurulan Araceli Rosario Hidalgo Sanchez 1924-cü ildə anadan olub və 2013-cü ildən bəri Guadalajaradaki Olmos qocalar evində yaşayır. Onun bir qızı, bir oğlu, dörd nəvəsi var.
O, peyvənddən sonra bunları bildirib:
"Çox yaxşı, təşəkkürlər. Gəlin görək virusun getdiyinə əmin ola biləcəyikmi?".
Bu gün İspaniyadakı digər qocalar evlərindəki tibb bacılarına da peyvənd vurulacaq.