Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 13:12
Koronavirus özünə xas xüsusiyyət olaraq daim mutasiyaya uğrayır.
Bunu Sonxeber.net-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.
İnfeksionist bildirib ki, virus mutasiyaya məruz qaldıqca o xəstəliyə qarşı peyvəndin qoruyuculuğu aşağı enə bilər:
"Mutasiya nəticəsində COVİD-in daha yoluxucu və öldürücü formaları meydana çıxa bilər. Hansı ki bu zaman vaksinlərin ya qismən effektli olacaq, ya effektsiz olacağı düşünülür. Lakin daha yoluxucu, daha öldürücü bir virusun hal-hazırda ölkəmizdə yayılmasına dair bir fakt yoxdur.
Ölkəmizdə hazırda sərt karantin rejimi tətbiq olunduğu üçün hətta daha öldürücü və yoluxucu mutasiya forması meydana çıxsa belə, sərt karantin rejimi sayəsində bunun qarşısı alınacaq. Yəni, yeni COVİD-in yoluxucu və öldürücü mutant variantı ortaya çıxsa belə, çətin vəziyyət yarana biləcəyini düşünmürəm. Ancaq mutasiyanın növündən asılı olaraq virus mutasiyaya məruz qaldıqca peyvəndin qoruyuculuğu o xəstəliyə qarşı aşağı enə bilər.
Sərt karantin rejiminin tətbiq olunması, insanların kontaktının minimuma endirilməsi, maska və əl gigiyenası kimi qaydalara insanların daha ciddi riayət etməsi vəziyyətin birdən-birə bu qədər müsbət dinamikada irəliləməsinə səbəb oldu. Artıq insanlar bu virus haqqında daha çox məlumata malikdirlər. Bunların hamısının birlikdə təsirinin nəticəsidir ki, yoluxma sayında azalmalar müşahidə olunur.
Yoluxmanın sayına əsas təsir edən amillərdən biri kontaktların minimuma endirilməsi olduğu üçün düşünürəm ki, növbəti günlərdə də sərt karantin rejiminin davam etməsi nəticəsində yoluxma sayı daha da azalacaq".
Təhməz Əsədov