Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suçiçəyi

Suçiçəyi

Tarix: 29 Dekabr 2020 07:42

Su çiçəyi herpes virusları tərəfindən törədilən , dəri və selikli qişalarda şəffaf mötəviyyatla dolu xirda qovuqcuqların əmələ gəməsi ilə səciyələnən kəskin infeksiyon xəstəlikdir.
Su çiçəyi ən çox 10-14 yaşlı uşaqlar arasında baş verir. Xəstəliyin yeganə mənbəyi xəstə insandır. Xəstə ilk səpgilərin əmələ gəlməsindən sonunucu qabarciqların əmələ gəlməsindən sonrakı 3-4 gün ərzində ətrafdakı insanlar üçün çox təhlükəli hesab olunur. Xəstəlik hava- damci yolu ilə, nadir hallarda təmas yolu ilə də ötürülür.
Simptomları
Xəstəlik subfebril temperatur və ümumi vəziyyətin pisləşməsi ilə başlanır. Adətən temperatur 37.5-38.5 dərəcəyə qədər artır və suçiçəyinə xas olan səpkilər əmələ gəlir. Səpginin ilkin elementi xirda papuladır,sonra o bir neçə saatdan sonra ölçüsü 0.2-0.5 sm olan vezuklaya çevrilir. Bu vezukulalar dairəvi və ya oval şəkili olur və halqa şəkilli hiperemiya ilə əhatə olunur. Səpgilər üzdə,başın tüklü hissəsində, bədəndə , ətraflarda yerləşir. Suçiçəyində səpgilər eyni vaxta əmələ gəlmir,onlar təkanlarla 1-2 günlük fasilələrlə yaranır. Buna görədə dəridə müxtəlif elementlərin makula- papula, qabarcıq və qartmaq görmək mümkündür. Xəstə uşaqlarda ümumi halsızlıq iştahanın pozulması qeyd olunur. Səpgilərin üzərində qartmaqlar 7-14 gündə qopub düşür.
Ağırlaşmalar.
Ensefalit və meminqoensefalit olur.
Müalicəsində uşağın gigiyenasına və yataq , geyim paltarlarının təmizliyinə fikir vermək lazımdır. Vezikulaların üzərinə 1% li yaşıl briliant spirt məhlulu və ya 1-2 % li kalium permanqanat məhlulu sürtmək məsləhətdir. Irinli ağırlaşmalar olduqda antibiotiklərdən istifadə olunur.
Profilaktikası
Bu xəstəliyə tutulmuş uşaq başqa uşaqlardan xəstəlik bitənə qədər digər uşaqlardan təcrid olunur. Infeksiya ocağında dezinfeksiya aparılmır. Xəstənin təcri


Etiketlər:  Suçiçəyi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ