Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada qocalar evinin 8 əməkdaşına səhvən beş qat artıq dozada vaksin vurulub

Almaniyada qocalar evinin 8 əməkdaşına səhvən beş qat artıq dozada vaksin vurulub

Tarix: 29 Dekabr 2020 08:20

Almaniyanın şimalında bir qocalar evinin səkkiz əməkdaşı səhvən "Pfizer" və "BioNTech" şirkətlərinin birgə istehsalı olan peyvəndin beş qat dozasını qəbul ediblər.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pomeraniya bölgəsinin administrasiya rəhbəri Rügen Ştefan Kert bildirib.

Hadisə Ştralzund şəhərindəki bir tibb müəssisəsində baş verib. Səhv aşkar olunduqdan sonra yeddi qadın və bir kişi işçi evə göndərilib. Onlardan dördü sonradan qrip əlamətləri ilə tədbirlər görülməsi üçün xəstəxanaya yerləşdirilib.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, klinik sınaqların ilk mərhələsində həmin könüllülər dərmanın bir qədər artırılmış dozalarını (100 mkq-dək) qəbul ediblər və ciddi fəsadlar qeydə alınmayıb. Adi doza isə 30 mkq-dır.


Etiketlər:  Almaniyada qocalar evinin əməkdaşına səhvən beş artıq dozada vaksin vurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ