Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sinovac'' koronavirus peyvəndi: professor əsas faydalarını açıqladı - VİDEO

''Sinovac'' koronavirus peyvəndi:  professor əsas faydalarını açıqladı - VİDEO

Tarix: 29 Dekabr 2020 11:34

COVID-19-a qarşı olan "Sinovac" vaksini bir çox sınaqlardan uğurla keçdiyindən dünyanın marağına səbəb olub. Çin istehsalı olan bu vaksin bio texnologiya ilə hazırlanıb və yüksək risk qrupları üçün olduqca effektivdir. Hazırda dünyanın 100 dən çox ölkəsi bu vaksini sifariş edib. Çinin özündə isə həyata keçirilən peyvəndləmə nəticəsində gündəlik yoluxma 30-40 nəfər enib.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, dünyanın 100 dən çox ölkəsinin sifariş verdiyi sinovac vaksini həyata keçirilən kliniki sınaqlardan uğurla keçib. Türkiyə, İndoneziya, Sinqapur, Braziliya və ərəb ölkələri artıq bu vaksinin sifarişini veriblər.

Öldürülmüş virus hissəciklərindən istifadə olunması ilə vaksinin effektivliyi 97 və 91 faiz arası dəyişib.Bununla yanaşı sürətli immun cavab reaksiyası ilə daha çox ölkədə kliniki testlərdən keçirilib.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyevin sözlərinə görə,vaksin dəfələrlə kliniki sınaqlardan uğurla keçdiyinə görə ümumdünya səhiyyə təşkilatının tövsiyyəsi ilə tətbiqinə icazə verilib. Svaksinin tətbiq edildiyi ölkələrdə yoluxma sayı nəzarətə götürülüb və minimallaşdırılıb.Bunun nəticəsidir ki,artıq Sinopharm şirkəti 500 milyon doza vaksin istehsal edib.

Qeyd edək ki,vaksinin kütləvi olaraq tətbiq edildiyi Çində yoluxma sayı hazırda gündəlik 20-30 nəfər arası dəyişir. Bu isə dünya üzrə əna aşağı göstəricəlrdən biridir.


Etiketlər:  Sinovac koronavirus peyvəndi professor əsas faydalarını açıqladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ