Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüsalə Əlizadənin ATV-də görünməməyinin səbəbi - ''Çox pozitiv qarşıladım, belə də bitirdik!''

Vüsalə Əlizadənin ATV-də görünməməyinin səbəbi - ''Çox pozitiv qarşıladım, belə də bitirdik!''

Tarix: 30 Dekabr 2020 15:05

Tanınmış aparıcı Vüsalə Əlizadə koronavirusa yoluxub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib.

Bir neçə gündür ATV-nin efirində görünməyən aparıcı özünü sosial həyatdan təcrid etdiyini bildirib: "Çox təəssüflər olsun ki, nə qədər qorunsam da, mən də dünyamızı cənginə almış sağlamlıq müharibəsinin iştirakçısı oldum. Haradan, kimdən, necə gəldiyi bəlli deyil! Hər dəfə efirdə də deyirdim ki, bu virusa yoluxmaq oğurluq, əyrilik deyil, bütün dünya - varlı, kasıb, məşhur, bir sözlə hamı yoluxur və yoluxacaq! İki həftədir işdə yoxam, qaydalara görə karantində olmalı idim, oldum da!

Artıq heç kim üçün qeyri-adi hadisə deyil, hamımız alışdıq, öyrəşdik və çox sıradan qəbul etdik bu virusu. Şişirdiləcək heç nə yoxdur! Çox şükürlər olsun ki, özümü yaxşı hiss edirəm və çox pozitiv qarşıladım, belə də bitirdik!  Mənə görə narahat olub yazan, zəng edən, axtaran bütün dəyərli dost, tanış və izləyicilərim, var olun. Özünüzü qoruyun, Allaha əmanət olun!".

Qeyd edək ki, Vüsaləni "7 canlı" proqramında müvəqqəti olaraq Günay Firudinqızı əvəzləyir.


Etiketlər:  Vüsalə Əlizadənin görünməməyinin səbəbi Çox pozitiv qarşıladım belə bitirdik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ