Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 22:00
ABŞ-da çalışan türkiyəli virusoloq Semih Tareen peyvəndlərin çoxyönlü immunitet təmin etdiyini bildirib.
Sonxeber.net xəbər verir ki, həkim koronavirusa qarşı hazırlanmış peyvəndlərin yeni üzə çıxan ştammlara qarşı effektiv olduğunu əlavə edib.
"Təbii infeksiyadan fərqli immunitet meydana gəlir. Virusun bir hissəsində mutasiya olsa və ya bir qismi peyvənddəki antikordan qaçsa da, peyvəndin yaratdığı digər ümumi antikorlardan qaçma ehtimalı çox azdır. Bu səbəbdən bu mutasiyaların peyvəndi təsirsiz hala gətirəcəyinə dair narahatlığımız yoxdur.
COVID-19 insanlarda ilk və yeganə koronavirus deyil. COVID-19-a səbəb olan SARS-CoV-2 virusu ilə birlikdə insanlarda cəmi 7 koronavirus olduğunu bilirik. 4 növ koronavirus daim aramızda mövsümi olaraq seyr edilir. Bu 7 növ virusun hamısı heyvanlardan insanlara keçib. 2012-ci ildə MERS koronavirus epidemiyası yarasalardan dəvələrə, dəvələrdən isə insanlara keçdi.
Bəzi peyvəndlər infeksiyadan qorumur, ancaq ciddi xəstəliyin qarşısını ala bilir. Peyvənd olunan şəxs virusa yoluxsa da, xəstəliyi ağır keçirmir. Bəzi peyvəndlərsə virusun yoluxmasının qarşısını alır. COVID-19-a qarşı dünyada ümumilikdə 200-ə yaxın peyvənd hazırlanır. Bu virusla bağlı bəxtimiz gətirdi, çünki hər virusa qarşı peyvənd yoxdur. Vaksini olmayan onlarla virus var. Hər bir virusun biologiyası fərqlidir, lakin COVID-19-da həqiqətən şanslıyıq, çünki bir çox peyvənd tədqiqatları uğurla həyata keçirilir.
Mutasiyalar barədə səhv fikirlər var. Hər canlı mutasiyaya məruz qalır və bu, çox normaldır. Viruslar da mutasiyaya uğrayır. Bu günə qədər SARS-CoV-2-də minlərlə mutasiya birləşməsi olub. Məlumatlara əsasən, 30 minə yaxın mutasiya var. İngiltərədəki mutasiyaların birləşməsi bunlardan biridir. Sadəcə bu son mutasiya qrupu statistik baxımdan daha sürətlə baş verdiyi üçün diqqəti cəlb etdi. Virusun yoluxuculuğuna başqa amillər də səbəb ola bilər. İngilis mutasiya qrupu başqa bir ölkədə də meydana gələ bilər, ancaq analizlər aparılmadığı üçün bunu dəqiq bilmirik". (publika.az)