Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2020 14:08
Bitfury kriptovalyuta birjasının analitik bölməsi olan Crystal Blockchain dərc etdiyi hesabatında qeyd edib ki, 10 il ərzində xakerlər tərəfindən 7.7 milyard dollar dəyərində kripto aktivlər oğurlanıb. Crystal Blockchain 2011-2020 illərdə kriptovalyuta birjalarına edilən xaker hücumlarını, fırıldaqçı sxemləri və kripto piramidaları analiz edib. Hesabata əsasən 10 il ərzində cinayətkarlar kripto birjalara edilən hücumların nəticəsində 2.88 milyard dollar, fırıldaqçı sxemlər və piramidalardan isə 4.8 milyard dollar qaanıblar.