Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2021 00:44
"Mançester Siti" komandada çox sayda koronvirusa yoluxma halları olmasına baxmayaraq, məşqləri bərpa edib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
"Komanda koronavirüs üçün növbəti testdən keçib, yeni bir yoluxma halı aşkar edilməyib. Təhlükəsizlik bizim prioritetimizdir. Klub böyük ehtiyatla hərəkət edir" - deyə klubun bəyanatında bildirilir.
Qeyd edək ki, "Mançester Siti"də 5-i futbolçu olmaqla, ümumilikdə 7 nəfərdə koronavirus aşkarlanıb. Klubun Premyer Liqada "Çelsi", Liqa Kubokunda "Mançester Yunayted"lə görüşlərinin təxirə salına biləcəyi vurğulanır.