Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2021 19:22
Fransada son sutkada COVID-19 pandemiyasına 26 457 yeni yoluxma və 304 ölüm faktı qeydə alınıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hazırda ölkə xəstəxanalarında 24 560 koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan xəstələrin sayı 2652-dir.
Ölkədə pandemiyaya yoluxanların ümumi sayı 2 600 498-ə, ölənlərin sayı isə 64 381-ə çatıb.
Fransada virusun yayılmasının qarşısını almaq məqsədi ilə yanvarın 2-dən komendant saatı əvvəlki kimi yerli vaxtla saat 20:00-da deyil, artıq 18:00-dan başlayacaq. Bəzi mütəxəssislər komendant saatının axşam saat 8-dən 6-ya çəkilməsinin heç bir əhəmiyyəti olmadığını bildirir.
Virusla mübarizə üçün yeni tədbirlərin yaxın günlərdə dəqiqləşdiriləcəyi qeyd edilir.