Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Hansısa futbolçunu alacağımızı gözləmirəm" - Mourinyo

Tarix: 2 Yanvar 2021 17:20

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo klubun bu qış üçün transfer hədəfləri haqda danışıb.

Qol.az "Evening Standard"a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis hər hansı bir futbolçu alacaqlarını gözləmədiyini deyib:

"Hansısa müqavilə bağlanacağını gözləmirəm. Çətin bir vaxt keçiririk. Klub da çox sərmayə istifadə edib. Güclü bir komanda yaratmağa çalışdıq. Bir futolçu alsaq, təəcüblənmərəm. Amma rəhbərlikdən yeni oyunçu transfer etməyi tələb etməyəcəyəm. Klubun yayda göstərdiyi səylərə hörmətlə yanaşıram".

Qeyd edək ki, "Tottenhem" Premyer Liqanın turnir cədvəlində 26 xalla 7-ci yerdədir.

Milli.Az


Etiketlər:  Hansısa futbolçunu alacağımızı gözləmirəm Mourinyo


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ