Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanvarın 4-də gözlənilən hava şəraiti

Yanvarın 4-də gözlənilən hava şəraiti

Tarix: 3 Yanvar 2021 11:48

Milli Hidrometeorologiya Xidmətinin Sonxeber.net-a verdiyi məlumata görə yanvarın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz  7-9, Bakıda gecə 4-6, gündüz  7-9  dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Yanvarın 4-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.  

Tibbi-meteoroloji proqnoz

Yanvarın 4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


Etiketlər:  Yanvarın gözlənilən hava şəraiti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ