Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən zənginləri 2020-ci ildə sərvətlərini 1.8 trilyon dollar artırdı

Dünyanın ən zənginləri 2020-ci ildə sərvətlərini 1.8 trilyon dollar artırdı

Tarix: 3 Yanvar 2021 12:34

Dünyanın ən zəngin 500 şəxsi 2020-ci ildə sərvətlərini 1.8 trilyon dollar artırıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, artımla birlikdə sözügedən şəxslərin sərvəti ümumilikdə 7.6 trilyon dollara çatıb. Sözügedən artım (təxminən 31 faiz) son səkkiz ildə ən yüksək həddə olub.

Dünyanın ən zəngin beş insanı sırasında olan Ceff Bezos 190, Elon Mask 170, Bill Qeyts 132, Bernard Arnolt 114, Mark Zukerberq isə 104 milyardlıq sərvətə sahib olub.

Təkcə Ceff Bezos və Elon Mask son 12 ayda sərvətlərini 217 milyard dollar artırıblar.

Milli.Az


Etiketlər:  Dünyanın ən zənginləri 2020 ci ildə sərvətlərini 18 trilyon dollar artırdı


RƏYLƏR