Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə məşhur yazarın məzarı 150 il sonra ortaya çıxıb

Türkiyədə məşhur yazarın məzarı 150 il sonra ortaya çıxıb

Tarix: 3 Yanvar 2021 18:30

Türkiyədə məşhur yazar İbrahim Şinasinin məzarı 150 il sonra ortaya çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, məzarlıq İstanbul Beyoğlu rayonunda "Ayaspaşa Palas" binasının altında aşkarlanıb.

Tarixçi, tədqiqatçı Mehmet Dilbaz bildirib ki, məşhur yazarın qəbrinin yeri İstanbulun tarixini və memarlıq abidələrini özündə əks etdirən xəritə, eləcə də uzunmüddətli tədqiqatlar nəticəsində müəyyənləşdirilib. Tarixçi deyib ki, XX əsrin əvvəllərinə qədər qəbiristanlıq olan çox böyük sahədə 1934-cü ildən başlayaraq məzarlar köçürülmədən yaşayış binaları tikilib.

Qeyd edək ki, Türk ədəbiyyatının önəmli isimlərindən olan, ilk türkcə özəl qəzet dərc edən İbrahim Şinasi 1871-ci ildə 45 yaşında beyin xərçəngindən vəfat edib.

Milli.Az


Etiketlər:  Türkiyədə məşhur yazarın məzarı sonra ortaya çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ