Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 10:12
İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 14 245 nəfər yoluxub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 347 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 75 332 nəfərə çatıb. Ölkədə hazırda 576 214 aktiv koronavirus xəstəsi var, onlardan 2583-ü ağır vəziyyətdədir.
Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 155 446 nəfərdən 1 503 900 nəfər sağalıb.