Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın əməliyyat sistemi bazarında ''Android''in payı artıb

Azərbaycanın əməliyyat sistemi bazarında ''Android''in payı artıb

Tarix: 4 Yanvar 2021 14:08

Bakı. Sədrəddin Ağcayev - Trend:

2020-ci ilin dekabrında Azərbaycanın əməliyyat sistemi bazarında "Android" sisteminin payı 53,1 faiz təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 4,89 faiz çoxdur.

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İkinci yerdə qərarlaşmış "Microsoft" şirkətinin "Windows" əməliyyat sisteminin bazarda payı 4,29 faiz azalaraq 33,75 faiz təşkil edib.

"Apple" şirkətinin "iOS" əməliyyat sistemi payı 0,17 faiz artaraq 9,03 faizə bərabər olub.

Digər əməliyyat sistemləri sırasında "macOS X" (Apple, 2,57 faiz), "Linux" (0,91 faiz) yer alıb.


Etiketlər:  Azərbaycanın əməliyyat sistemi bazarında Androidin payı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ